Eldəniz Quliyevi ölkədən buraxmayıblar

Kinorejissor Eldəniz Quliyev dekabrın  3-də “Astara” polis məntəqəsində yerli sərhədçilər tərəfindən saxlanılaraq polisə təhvil verilib. Bu barədə E.Quliyev özü məlumat verib. O, həm müalicə, həm də beynəlxalq kinofestivalda iştirak etmək üçün İrana gedirmiş. Ona bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi ölkədən çıxışına qadağa qoyub. Qadağanın səbəbləri aydınlaşdırımayıb. 8 saatlıq saxlanmadan sonra E.Quliyevi buraxıblar.

 

E.Quliyev ölkədən çıxışına qadağa qoyulmasını qanunsuz hesab edir. O qeyd edib ki, DİN rəhəri Ramil Usubovun iddiası ilə məhkəmənin ona təyin etdiyi cəzanı tam yerinə yetirib və Ədliyyə Nazirliyi xaricə getməyə qadağanı götürüb. 

E.Quliyev hesab edir ki, ona siyasi fəaliyyətinə - Demokratik Qüvvələrin Milli Şurasında iştirakına və hakimiyyəti tənqid etdiyinə görə təzyiq göstərilir.

O, Nəsimi polisindən açıqlama tələb etmək niyyətindədir.

Xatırladaq ki, 2014-cü ili avqustun 20-də E.Quliyev özünün Facebook səhifəsində yol polisinin hərəkətlərini tənqid edib. DİN rəhbəri buna polisə qarşı təhqir və böhtan kimi baxaraq şərəf və ləyaqətin qorunması barədə iddia qaldırıb, E.Quliyevin məsuliyyətə cəlb olunmasını tələb edib.

Oktyabrın 30-da məhkəmə E.Quliyevi 1000 manat cərimə edib və 480 saat ictimai işə cəlb edib. Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Qanun pensiya yaşında olan vətəndaşların icbari işlərə cəlb olunmasını qadağan etsə də E.Quliyevi bu cəzanın icrasına məcbur ediblər.

E.Quliyev Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Ziyalılar Birliyinin rəhbəridir.

ON TWITTER

arzugeybulla
arzugeybulla i feel like in Azerbaijan everything can be monopolised.
11:06AM Nov 21
rebecca_vincent
rebecca_vincent . @RSF_inter & others are gathering in London this morning to call on #Bahrain to #FreeNabeel & put a stop to the #pressfreedom crackdown in the country. Join us: 11 am at the Bahraini Embassy, 30 Belgrave Square. www.indexoncensorship.org/2017/11/bahrain-nabeel-rajabs-trial-tweets-posted-detained-adjourned-31-december/
10:22AM Nov 21
Giorgi_Gogia
Giorgi_Gogia Thousands of cancer patients in #Armenia may soon be able to get the pain treatment they need, after gov't overhauls insurmountable bureaucracy around obtaining opioids. Don't stop now! www.hrw.org/news/2017/11/20/new-regulations-armenia-could-ease-suffering-terminally-ill pic.twitter.com/TYU0IF1l2j
07:04AM Nov 21
MeydanTV
MeydanTV Azərbaycanda həbsxana qiymətləri: youtu.be/YuSt0OiXssk?a via @YouTube
06:44PM Nov 20
nhc_no
nhc_no Committee against torture @pytkam_net and @novaya_gazeta are awarded the Sakharov Freedom Award for their outstanding efforts to bring torture out of the shadows and into public condemnation in #Russia , says NHC Secretary General Engesland @Bjorn1960 . nhc.no/en/news/Sakharov+Freedom+Award+to+anti-torture+fighters+in+Russia.b7C_wlHMYo.ips pic.twitter.com/EE1Bq7udlB
12:56PM Nov 09